Bu abituriyentlər ali məktəblərə imtahansız qəbul olunacaq - YENİLİK

Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə imtahansız qəbul olunacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

“Dərsdən qaçmamağın peşmançılığın çəkirəm” - Esmira Əkbərovayla MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR