Play Store

Arxeoloqlar Goranboyda elmi tədqiqatlara başlayıblar - FOTOLAR

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası iyunun 11-dən etibarən Goranboy rayonunun Qaradağlı kəndi ərazisində elmi tədqiqatlara başlayıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Metbuat.az-a verilən məlumata görə, ekspedisiyanın həmrəhbərləri institutun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və Florensiyadakı (İtaliya) Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin (SoRS/School of Religious Studies) rəhbəri, professor Nikola Laneridir.

Tədqiqatın əsas obyekti ilk tunc dövrünə aid kurqan tipli qəbir abidələridir. Bununla yanaşı, mütəxəssislər tərəfindən ərazidə yerüstü araşdırmalar, arxeoloji abidələrin topoqrafik planları və elektron qeydiyyatları aparılacaq.

Arxeoloji ekspedisiyanın tərkibində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES), müxtəlif arxeometrik sahələr üzrə tədqiqatlar aparacaq AlmaniyaFransadan mütəxəssislər də iştirak edir.

Qeyd edək ki, ötən il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə CAMNES arasında, Azərbaycanın bir sıra qərb rayonlarında tunc dövrü kurqan tipli dəfn abidələrinin birgə arxeoloji tədqiqi barədə razılığa gəlinmişdi.

"Maşın"ın ilk final gecəsində problem yaşandı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR