Play Store

Çörək mağazalara bu cür gətirilir? - ŞOK İDDİA

Təqdim etdiyimiz foto Sumqayıt Avtovağzalının yanında çəkilib.

Metbuat.az bildirir ki, Nicat Nəsirli adlı şəxs bu barədə “Facebook” hesabında məlumat paylaşıb. Bildirib ki, sözügedən fotonu bu gün səhər saatlarında çəkib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, hazırda vətəndaşlardan daxil olan müraciətlər, məlumatlar toplanılır:

“Bildiyiniz kimi, agentlik may ayının 22-dən etibarən qida məhsulları sahəsində fəaliyyət göstərən müssisələrdə monitorinqlərə start verib. Artıq 20-dən artıq iri istehsalat müəssisələrində, satış mərkəzlərində və ictimai iaşə obyektlərinə baxış keçirilib. Əlbəttə ki, iyulun 1-dən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı prossesində həmin müəssisə və təşkilatların fəaliyyəti hərtərəfli şəkildə öyrənildikdən sonra qanunvericiliyə uyğun şəkildə tədbirlər həyata keçiriləcək. İstehlakçıların prosesdə aktiv iştirakını təmin etmək üçün innovativ tədbirlər həyata keçiriləcəkdir. Ancaq indiki mərhələdə həmin məlumatların toplanılması və bu istiqamətdə maarifləndirmə işləri həyata keçirilir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

27 gündür itkin olan qız - baxın hardan tapıldı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR