Play Store

""Polonez"lərlə erməni əsgərinin qanı töküləcək" - Mehrabyan

"Belarus tərəfindən Azərbaycana silah satılması ilk növbədə, Belarus-Ermənistan əlaqələri üçün problemdir".

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə siyasi və beynəlxalq tədqiqatlar mərkəzinin eksperti Ruben Mehrabyan bildirib.

Erməni ekspert, Paşinyan hökumətini məsələyə münasibət bildirməməsinə görə tənqid edib.

"Emənistan tərəfinin bu məsələyə münasibət bildirməsi sıfıra bərabərdir. Bu çox təəccüblü və anlaşılmaz, bəzi halda qeyri-adekvat bir addımdır", - deyə qeyd edib.

Jurnalistin "Bu şəraitdə hökumət nə kimi addımlar atmalıdır?" sualına Mehrabyan gülünc bir açıqlama verib: "Bu silahların tədarükü artıq baş verdiyindən, erməni tərəfinə vurulan zərər kompensasiya edilməlidir. Bunu Belarus və Rusiya ödəməlidir. Erməni tərəfi ən azı, onlardan bunu tələb etməlidir. Çünki bu tədarük nəticəsində erməni əsgərinin qanının tökülməsi mümkündür".

Sabahın HAVASI - Yağış yağacaq, külək əsəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR