AMEA-nın yeni vitse-prezidentləri vəzifələrinin icrasına başlayıblar

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, professor Nərgiz Paşayeva və akademik İradə Hüseynova AMEA-nın vitse-prezidentləri kimi vəzifələrinin icrasına başlayıblar.

Bu barədə Metbuat.az-a akademiyadan məlumat verilib.

Akademiyadan bildirilib ki, artıq vitse-prezidentlər AMEA prezidentinin təqdimatı ilə Rəyasət Heyəti tərəfindən təsdiq edilib. N.Paşayeva AMEA-da təhsil, İ.Hüseynova isə biologiya məsələlərinə baxır.

Vitse-prezidentlər akademiyanın ümumi yığıncağında səsvermədə iştirak edən AMEA-nın həqiqi üzvlərinin üçdə iki səs çoxluğu və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilirlər.

N.Paşayeva və İ.Hüseynova bu vəzifəyə seçilənədək AMEA-nın vitse-prezidentləri AMEA-nın həqiqi üzvləri, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev idi. Hazırda adıçəkilən şəxslər də daxil olmaq, Akademiyanın 6 vitse-prezidenti var.

Xatırladaq ki, AMEA-nın iyunun 8-də keçirilən ümumi yığıncağında akademik Akif Əlizadə yenidən 5 il müddətinə akademiyanın prezidenti, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova isə vitse-prezidentlər vəzifəsinə seçiliblər.

Bakıda satılan dönərlər belə fabriklərdə hazırlanır - Şok GÖRÜNTÜLƏR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR