ABŞ dövlət katibi Çin tərəfini Tramp-Kim görüşü barədə məlumatlandıracaq

ABŞ-ın dövlət katibi Mayk Pompeo iyunun 14-də Çinə səfər edəcək.

Metbuat.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qen Şuan gündəlik mətbuat konfransında bu barədə məlumat verib. O, dövlət katibinin Sinqapurda ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında keçirilmiş görüşün nəticələri barədə Çin tərəfini məlumatlandıracağını bildirib.

Bundan başqa, səfər çərçivəsində ABŞ-Çin münasibətlərinə, regional və beynəlxalq məsələlərə dair müzakirələr aparılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR