Play Store

Donald Tramp neftin qiymətindən narazıdır

ABŞ prezidenti Donald Tramp neftin qiymətindən narazı olduğunu bəyan edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Tramp “Twitter” səhifəsində yazıb. “Neftin qiyməti çox yüksəkdir. OPEC yenə eyni işi görür. Bu, yaxşı deyil”, - deyə o, bildirib.

Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar və ya 0,53% azalaraq 66,01 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,25 dollar və ya 0,33% azalaraq 76,63 dollar olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR