Play Store

DÇ-2018: Növbəti 3 oyunun hakimləri açıqlandı

DÇ-2018: Növbəti 3 oyunun hakimləri açıqlandı
20:28 13 İyun 2018
66 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyada keçiriləcək dünya çempionatında növbəti üç oyunun hakim təyinatları açıqlanıb.

Publika.az xəbər verir ki, A qrupunda baş tutacaq Misir-Uruqvay matçı hollandiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Byorn Kyupers olacaq. Ona Sander Van Rokel və Ervin Zeynstra köməklik edəcək.

B qrupunda baş tutacaq Portuqaliya-İspaniya qarşılaşmasını isə italiyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Canluka Rokki, köməkçiləri isə Elenito di Liveratore və Mauro Tonolini olacaq.

B qrupunun digər oyunu Mərakeş-İran görüşü türkiyəli hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın baş hakimi Cüneyt Çakır olacaq. Yan xətt hakimi funksiyasını isə Bahattin Duran və Tarık Orgun yerinə yetirəcək.

Qeyd edək ki, hər üç qarşılaşma iyunun 15-i baş tutacaq. Misir-Uruqvay Bakı vaxtı ilə 16:00-da, Portuqaliya-İspaniya 22:00-da, Mərakeş-İran görüşü isə 19:00-da başlanacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/244317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR