Norveçdə Trampın Nobel mükafatına namizədliyi irəli sürüldü

Norveçdə Trampın Nobel mükafatına namizədliyi irəli sürüldü
04:58 14 iyn 2018
80 Digər
Ölkə mətbuatı
A- A+

Norveçdə ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

"Report"un məlumatına görə, bu barədə NRK telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, belə bir təşəbbüslə İnikişaf Partiyasının deputatları çıxış ediblər. Deputatlar Trampın Nobel sülh mükafatına layiq olduğunu bildiriblər.

Təşəbbüsün müəlliflərindən biri Pera-Villi Amundsenin sözlərinə görə, ABŞ və KXDR arasında münasibətlərin nizamlanması, həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsi tarixi əhəmiyyət kəsb edir.

"Bu proses bir qədər zəifdir, lakin biz əlimizdən gələni etməliyik ki, o, müsbət nəticəyə gətirib çıxarsın", - deyə parlament üzvü bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR