Play Store

Ağ Evin mətbuat katibi istefaya hazırlaşır

Ağ Evin mətbuat katibi istefaya hazırlaşır
05:54 14 İyun 2018
77 Digər
Ölkə mətbuatı
A- A+

Ağ Evin mətbuat katibi Sara Sanders və onun müavini Rac Şah istefaya getmək niyyətindədirlər.

 

APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.

 

S.Sandersin 2018-ci ilin sonunda postunu tərk edəcəyi bildirilir. R.Şah isə istefasının dəqiq vaxtını hələ ki, müəyyənləşdirməyib.

 

Çoxsaylı sorğulara baxmayaraq Ağ Evin adıçəkilən rəsmiləri məlumatla bağlı şərh verməyiblər.

 

Qeyd edək ki, Sara Sanders 2017-ci ilin iyulunda Ağ Evin mətbuat katibi vəzifəsinə təyin edilib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/303509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR