Türkiyə Rusiyaya S-500 raket komplekslərinin birgə istehsalını təklif edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə prezidenti “TV 24” telekanalına müsahibəsində bildirib: “Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. Növbətimərhələlərdə isə birgə istehsala başlayacağıq. Mən Putinə S-500-ləri birlikdə istehsal etməyi təklif etdim”.

Ərdoğan eyni zamanda bildirib ki, Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarüküilə bağlı ABŞ və NATO-nun tənqidlərinə cavab verib: “Bəs, Yunanıstanın S-300-ləri barədə niyə susurlar? Türkiyəyə qarşı belə bir siyasətin yürüdülməsi anlaşılmazdır. Biz daim müdafiə sənayemizin tələbatlarını təmin etməyə çalışacağıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR