Azərbaycanda kredit faizləri aşağı düşür? - Mərkəzi Bank uçot dərəcəsini ENDİRDİ

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 2% səviyyəsində olması barədə qərar qəbul edib.

İqtisadçı Cəfər İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, uçot dərəcəsinin endirilməsi kreditlərin faiz dərəcələrinin aşağı düşməsinə səbəb ola bilər:

“Mərkəzi Bankın uçot dərəcəsini yenə də aşağı salmasının qənaətindəyəm. Çünki Azərbaycanda faiz dərəcələri kifayət qədər yüksək olması kreditlərə də təsir edirdi. Banklar daha çox vəsaitlərini qısamüddətli dövlət cəlbləri və Mərkəzi Bankın notlarında dəyərləndirməyə çalışırdılar. Amma indiki situasiyada faizin aşağı düşməsi bankların daha çox kredit verməyə məcbur edəcək. Bu da öz növbəsində faiz dərəcələrinin müəyyən qədər aşağı düşməsinə kömək edəcək. Hazırda xarici valyutaların manat qarşısında qiymət dəyişikliyi var. Amma stabil qalan yeganə valyuta dollardır. FED uçot dərəcəsini qaldırdıqdan sonra Azərbaycan əksinə aşağı çəkdi. Faiz dərəcələrinin dəyişilməsinin manat üzərində təsir yaradacağını düşünmürəm. Mərkəzi Bank manatın üzərində hər hansı bir təzyiq görsəydi, yumşaq pul siyasətinə keçməzdi”.

İqtisadçı ekspert Əli Əhmədov isə qeyd edir ki, uçot dərəcəsinin aşağı salınması gözlənilməz oldu:

“Əslində, neftin qiyməti dünya bazarında yüksəldyi üçün uçot dərəcəsinin sabit qalacağı gözlənilirdi. Çünki krizis aktivliyi sahibkarlarda o qədər də böyük deyil. Neftin qiyməti 55 dollara qaldırılır deyə büdcə xərcləri artacaqdı. Hazırda bazara yeni pul kütləsinin daxil olması gözlənilir. Belə vəziyyətdə uçot dərəcəsinin aşağı salınması gözlənilməz oldu. Yəqin ki, Mərkəzi Bankın bununla bağlı müəyyən hesabatları var. Lakin bu, inflyasiya göstəricilərinə təsir edə bilər. Ola bilər ki, Mərkəzi Bank optimal inflyasiyanı hədəfləyib”.

Xatırladaq ki, aprelin 9-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə, faiz dəhlizinin yuxarı həddinin 14%, aşağı həddinin isə 8% səviyyəsində olması barədə qərar qəbul edib.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakı Metrosuna YENİ TƏYİNAT - Rəsmi – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR