Play Store

DİQQƏT! Bakıda bu maşrut da kart sisteminə keçir

Yaxın zamanlarda 199 saylı marşrutla hərəkət edən avtobuslar kart sistemi ilə ödənişə keçəcək.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” nəqliyyat şirkətindən bildiriblər.

199 saylı avtobuslar “Riad” ticarət mərkəzi – “Şərq bazarı” marşrutu ilə hərəkət edir.

Şirkətdən verilən məlumata görə, avtobusların kart sisteminə keçidinin dəqiq vaxtı məlum olmasa da, bunun gələn ay ola biləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda “Xaliq Faiqoğlu”na məxsus 18, 52, 61, 65, 79, 85, 96 və 135 saylı marşrutlarda “BakıKart” sistemi işləyir.

Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır – Ramazan bayramı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR