Play Store

Erməni komandirlərin müavinləri korrupsiya məngənəsində

Ermənistanda hərbi hissə komandirlərinin müavinləri hüquq mühafizə orqanlarının diqqət mərkəzindədirlər.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, bu günlərdə Ermənistanın istintaq komitəsinin hərbi istintaq baş idarəsi tərəfindən Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissə komandirlərinin müavinləri tərəfindən yanacaq mənimsənilməsi faktı üzrə araşdırma aparılır.

Ermənistan mərkəzi hərbi prokurorluğunun dövlət maraqlarının müdafiəsi şöbəsi tərəfindən aparılan araşdırma zamanı məlub olub ki, Ermənistan müdafiə nazirliyinin "N" nömrəli hərbi hissə komandirinin müavinlərinə təhkim edilmiş 2 xidməti avtomobil üçün 2015-2017-ci illər ərzində realda qət edilməyən hərərkət marşrutları üzrə yol vərəqləri yazılmaqla, əlavə 26.500 km məsafə qət edildiyi adı ilə 3.5 ton yanacaq silinib.

Məlumata görə, xidməti vəzifə borclarının icrası ilə əlaqədar getdikləri yer və gördükləri iş barədə hesabat tələb olunarkən, həmin vəzifəli şəxslər saxtakarlıqlar edərək yalan marşrutlar əlavə ediblər. Nəticədə məlum olub ki, heç bir iş görülməyib.

Qeyd edək ki, aprel döyüşləri zamanı işğalçı ordunun bəzi texnikalarının işləməməsinə səbəb kimi, bir sıra komandir və müavinlərin bənzər fəaliyyətiləri göstərilir. Belə çıxır ki, işğalçı ordunun hərbi hissə komandanlığı öz vəzifə borclarının yerinə yetirilməsi istiqamətində heç bir iş görməyib.

Qiyməti 100 min dollar olduğu deyilən böcək - SUMQAYITDA TAPILDI / Fotofakt - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR