Play Store

Soydaşımız Ukraynada yüksək vəzifəyə təyin olunub

Soydaşımız Ukraynada yüksək vəzifəyə təyinat alıb.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, İlham Dadaş oğlu Dadaşov Ukraynanın enerji nazirinin müşaviri təyin olunub. Təyinatla bağlı əmri enerji naziri İqor Nasalik imzalayıb.

Məlumata görə, İ.Dadaşov nazirliyin bir sıra dövlət əhəmiyyətli layihələrinə, xüsusilə də alternativ enerji proqramı istiqamətində aparılan işlərə nəzarət edəcək.

Qeyd edək ki, uzun müddətdir Ukraynada yaşayan İ.Dadaşovun hələ sovetlər dönəmində bu ölkədə biznes fəaliyyəti olub, həmçinin neft-qaz sahəsində müxtəlif layihələri həyata keçirib. Son təyinatına qədər də soydaşımız bir sıra dövlət sifarişi layihələrə rəhbərlik edib.

Ailəlidir 4 övladı var.

Qiyməti 100 min dollar olduğu deyilən böcək - SUMQAYITDA TAPILDI / Fotofakt - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR