Evlərinə su dolan ailə boğularaq - öldü

Türkiyə Kahramanmaraşda dünən 40 dəqiqə çəkən şiddətli yağıntıdan sonra küçələrdə sel yaranıb. Yüzlərlə iş yeri və evi su basıb.

Metbuat.az xəbər verir ki, şəhər mərkəzindəki Akçakoyunlu məhəlləsində sel suyu bir binanın zirzəmi qatındakı mənzilə dolub. 38 yaşlı Fatma Uşak və uşaqları 10 yaşlı Mevlut ilə 4 yaşlı Ali evdə köməksiz qalıb. Fövqəladə hallar işiləri suyu boşaltdıqdan sonra evə girdikdə üçü də boğularaq can vermişdi. Ana faciədən 1 saat əvvəl iki uşağını da bayram üçün bərbərə aparıb.

İnşaat işçisi olan ata Hasan Uşak faciə zamanı işdə olub.



http://matbuat.az/news/970730/zencefilin-saymaqla-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR