Play Store

​Bakı məktəblərində son zəng keçirilir - FOTOREPORTAJ

Bu gün ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb.

Son zəng ilə bağlı bir çox Bakı məktəblərində də tədbirlər keçirilib. Tədbirlərdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib.

Metbuat.az-ın əməkdaşı paytaxtın Xətai rayonu İlham Məmmədov adına 261№-li məktəb-liseydə keçirilən “Son zəng” tədbirini çəkib. Tədbirdən olan fotoları təqdim edirik.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

Fotolar: Sərvan Şəldiyev




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR