Play Store

Hindistanda ildırım canlar almağa davam - edir

Hindistanın Qərbi Benqal ştatında güclü yağış və ildirım ölümə səbəb olub.

Metbuat.az Şinhua xəbər agentliyinə istinadən məlumat verir ki, Qərbi Benqalın Bankura, Hooghly, Birbhum və Parqanas bölgələrində ildırımdan 10 nəfər dünyasını dəyişib, çox sayda yaralı var.

Xatırladaq ki, keçən ay Hindistanda ildırım düşməsi və leysanlar səbəbi ilə ən az 250 nəfər ölmüş, 400-dən artıq insan isə ağır yaralanmışdı.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR