Play Store

"Ötən tədris ili Azərbaycan üçün uğurlu olub" - Ceyhun Bayramov

2017-2018-ci tədris ili ölkəmiz üçün çox uğurlu bir təhsil ili olub.

Metbuat.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov təhsildə fərqlənən məzunlarla görüşü zamanı deyib.

C.Bayramovun sözlərinə görə, bu tədris ilində təhsilin bütün pillələrində - məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinə kimi bütün pillələr üzrə akademik göstəricilərdə davamlı, müsbət dinamika müşahidə edilib:

"Bura məktəbəqədər təhsilin əhatəliliyinin genişlənməsi, eyni zamanda 2017-ci ilin buraxılış imtahanlarının nəticələri, ölkə olimpiadalarının əhatəliliyi, beynəlxalq olimpiadalarda şagirdlərimizin daha uğurlu çıxışları aiddir".

Nazir əlavə edib ki, beynəlxalq olimpiadaların nəticələri ildən-ilə yaxşılaşır və müvafiq sahədə böyük nailiyyətlər əldə edilib:

"Bu olimpiadaların hazırlıq prosesinin təkmilləşdirilməsi, diqqət mərkəzində saxlanılması şagirdlərin olimpiadalarda müvəffəqiyyətli çıxışlarına səbəb olur".

Qiyməti 100 min dollar olduğu deyilən böcək - SUMQAYITDA TAPILDI / Fotofakt - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR