Play Store

DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib - FOTOLAR

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Qiyməti 100 min dollar olduğu deyilən böcək - SUMQAYITDA TAPILDI / Fotofakt - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR