Play Store

Fuad Muradov Gürcüstanda ağsaqqalarla görüşdü

Fuad Muradov Gürcüstanda ağsaqqalarla görüşdü
16:08 14 iyn 2018
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.

Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Gürcüstan Azərbaycanlıları Ağsaqqalar Şurasının üzvləri ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilib. Çıxışlarda Azərbaycan-Gürcüstan münasibətləri, din, dil, təhsil problemlərinə toxunulub və fikir mübadiləsi aparılıb. Komitə sədri cəmiyyətin əsas fikir daşıyıcıları olan ağsaqqallarla görüşün əhəmiyyətini qeyd edib.

Səfir Dursun Həsənov Azərbaycan dövlətinin xarici siyasəti, Gürcüstan-Azərbaycan münasibətləri barədə məlumat verib.

Fuad Muradov Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana və bu ölkədə yaşayan azərbaycanlılara xüsusi diqqət deyib, soydaşlarımızı iki ölkə arasında münasdibətlərin inkişafında daha fəal olmağa çağırıb, bu işdə ağsaqqaların, ümumiyyətlə ziyalıların, elm adamlarının xüsusi rolu olduğunu diqqətə çatdırıb.

Görüşdə Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, "Gürcüstan" qəzetinin redaktoru İslam Əliyev və başqaları çıxış ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Ramazan, Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.

sss