Play Store

Həsən Ruhani Azərbaycan Prezidentinə məktub göndərdi

Həsən Ruhani Azərbaycan Prezidentinə məktub göndərdi
16:58 14 iyn 2018
30 Ölkə
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Allahın salamı, rəhməti və bərəkətləri üzərinizə olsun!

Böyük sevinclə Allah-taalaya bəndəçilik və ilahi sınaq yolunda mükafat sayılan Fitr bayramı münasibətilə sizi və müsəlman Azərbaycan xalqını səmimiyyətlə təbrik edirəm.

Büsbütün sevinc və mərhəmət olan bu bayram günü, həmçinin ilahi itaətkarlıqdan ibarət olan Ramazan ayında müsəlman ümmətinin öz ilkin saflığına qayıdışını arzulayır, insaniyyət yolunda kamillik zirvəsinə nail olduqlarını təmənni edirəm!

Ümid edirəm ki, bu əziz bayramın ictimai ibrətlərindən nəticə alaraq, müsəlmanların qəddarlıq və radikallıqla mübarizə aparmasına, eləcə də, onların öz mənafelərini güdən və əhd-peymanları pozan hegemon qüdrətlərin qarşısında birləşməsinə, həmçinin bütün dünyada sülh və əmin-amanlığın hakim olmasına qadir ola bilərik.

Allah-taaladan sizə sağlamlıq və müvəffəqiyyət, müsəlman Azərbaycan xalqına isə izzət və səadət diləyirəm!"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR