Türkiyəli hakim sabah Dünya Çempionatının tarixinə düşəcək

Türkiyəli hakim sabah Dünya Çempionatının tarixinə düşəcək
17:08 14 iyn 2018
87 İdman
Ölkə mətbuatı
A- A+

FİFA lisenziyalı türkiyəli baş hakim Cüneyt Çakır Rusiyada keçirilən Dünya Çempionatı çərçivəsində sabah baş tutacaq Mərakeş-İran matçını idarə edəcək.

Publika.az xəbər verir ki, təcrbübəli hakim bu oyunla da Türkiyənin və Dünya Çempionatının tarixinə keçəcək.

Çünki C.Çakır Dünya Çempionatında ikinci dəfə oyuna təyin edilən ilk türk hakimdir. Üst-üstə ikinci dəfə Dünya Çempionatı oyununa təyin edilən Çakır və komandası Braziliyada keçirilən 2014 mundialında Hollandiya ilə Argentina arasında baş tutan final matçı daxil olmaqla, 3 matç idarə etmişdi.

Ona sabahkı oyunda Bahaddin Duran və Tarık Onqun yardım edəcək. Oyunun 4-cü hakimi isə Rusiya Futbol Federasiyasından Sergey Karasev olacaq.

Qeyd edək ki, 42 yaşlı baş hakim bu matçla 162-ci beynəlxalq qarşılaşmasına çıxacaq.

Zümrüd


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR