Generalın təhqir etdiyi jurnalist DANIŞDI / AÇIQLAMA

Jurnalisti təhqir edən generalla bağlı məhkəməyə müraciət olunacaq.

Xəbər verdiyimiz kimi, ötən gün DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyev onunla əlaqə yaratmaq istəyən “Bizim Yol” saytının əməkdaşı, jurnalist Əli Cahangiroğlunu təhqir edib.

Bizim Yol-un əmkdaşı Əli Cahangiroğlu Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda prosedur qaydaları yerinə yetirilir:

“Sözügedən hadisə məhkəmə predmeti olduğu üçün çox danışmaq olmur. Sənədlərimiz hazırdı, məhkəməyə təqdim olunacaq. Üzrxahlıq isə olmayıb. Üzrxahlıq olsa da, bu, həmin şəxsi məsuliyyətdən azad etmir”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Sahib Məmmədov isə qeyd edib ki, generalla bağlı cinayət işi başlaya bilər:

“Sözlərin generala aid olub-olmadığını bilmirəm. Ona görə, indi deyəcəyim sözləri ona aid etmirəm. Lakin dövlət qulluğunda olan şəxsin jurnalistə söyüşlə cavab verməsi etik davranış qaydalarının pozulmasıdır. Onun barəsində yuxarı orqan tədbir görməlidir. Eyni zamanda, təhqir olunan tərəf mülki qaydada, yaxud da xüsusi ittiham qaydasında cinayət işinin başlanması ilə bağlı iddia qaldıra bilər. Mülki qaydada iddia qaldırarsa, üzür istəməyi tələb oluna bilər. İstənilən halda, qeyd olunan hadisə baş veribsə, vəzifəli şəxsə haqq qazandırmıram”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Qiyməti 100 min dollar olduğu deyilən böcək - SUMQAYITDA TAPILDI / Fotofakt – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR