Gəncədə yeni rəis təyinatı

Gəncədə yeni rəis təyinatı
19:33 14 İyun 2018
Ölkə mətbuatı
A- A+

Bəxtiyar Haqverdiyev Gəncə şəhər Səhiyyə idarəsinin rəisi təyin olunub.

"Report"un məlumatına görə, bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev onu səhiyyə ictimaiyyətinə yeni rəisi təqdim edib.

E.Vəliyev bildirib ki, Bəxtiyar Haqverdiyev artiq səhiyyə sahəsində təcrübəyə malik, enerjili, müasir təfəkkürlü bir həkimdir: "Ümidvaram ki, onun bu təyinatı gündən-günə inkişaf edən Gəncənin səhiyyə sahəsinin də müasirləşməsinə, yenilənməsinə yardımçı olacaq".

B.Haqverdiyev qeyd edib ki, fəaliyyəti dövründə Gəncə səhiyyəsinin daha da inkişaf etdirilməsinə, beynəlxalq müasir tibbi biliklərin və yeni texnologiyaların tətbiqinə, o cümlədən də əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün bilik və bacarığıni ortaya qoyacaq, ona göstərilən yüksək etimadı doğrultmağa calışacaq.

Millət vəkili Naqif Həmzəyev Gəncə səhiyyəsinə gənc və perspektivli, bilikli və bacarıqlı bir rəhbərin təyin olunmasını təqdirəlayiq hesab edib: "Bu gün yaşlı nəslin bilik və təcrübələrindən yararlanaraq gənclərin önə çəkilməsi, onların ölkəmizin istənilən sahələrində, o cümlədən də tibb sahəsində inkişafına dəstək olmaq əsas prioritetlərdəndir".

Qeyd edək ki, B.Haqverdiyev tibb üzrə fəlsəfə doktorudur, 1978-ci ildə Xocalı şəhərində anadan olub. 1995-ci ildə məktəbi bitirən B.Haqverdiyev yüksək balla Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 2001-ci ildə həkim-cərrah ixtisası üzrə 5 saylı Bakı şəhər klinikasında internatura kursunu keçib. O, 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində cərrahiyə şöbəsinin baş ordinatoru kimi çalışıb və baş tibb xidməti leytenantı rütbəsinə layiq görülüb. B.Haqverdiyev 2009-2010-cu illərdə Qəbələ Müalicə Diaqnostika Mərkəzində cərrahiyyə şöbəsinin müdiri, 2010-2014-cü illərdə isə Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, eyni zamanda regionun aparıcı cərrahı vəzifələrində çalışıb. 2014-cü ildə Yevlax Mərkəzi Şəhər Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri və rayonun baş cərrahı təyin olunub. 2016-cı ildən bu günədək Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/244441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR