Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
19:33 14 İyun 2018
Ölkə mətbuatı
A- A+

Bakı Baş Gömrük İdarəsində qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Komitədən Publika.az-a a verilən məlumata görə, görüşdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehriban Əlizadə, Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Rəşad Mafusov iştirak edib.

Bakı Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinin təhlükəsiz qida ilə təmin olunması üçün mühüm tədbirlər gördüyünü vurğulayıb və Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasının da bu istiqamətdə ən vacib addımlardan biri olduğunu diqqətə çatdırıb. İdarə rəisi qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşdə məqsədin onları iyulun 1-dən tətbiq ediləcək yeni qaydalarla tanış etmək, sahibkarların bu mövzuda rəy və təkliflərini öyrənməkdən ibarət olduğunu bildirib.

Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Rəşad Mafusov öncə qeyd edib ki, agentliyin yaradılmasında məqsəd qida təhlükəsizliyi sahəsindəki fəaliyyətləri mərkəzləşmiş qaydada həyata keçirməkdən ibarətdir. Sahibkarlıq subyektlərinin fəaliyyətinin asanlaşdırılması istiqamətində mühüm addımlar atılacağını vurğulayan Aparat rəhbəri agentlik tərəfindən göstərilən xidmətlərin "ASAN xidmət" vasitəsilə həyata keçiriləcəyini bildirib.

DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov vurğulayıb ki, hazırda həm gömrük, həm də qida təhlükəsizliyi sahəsində dərin islahatlar aparılır. Bu islahatların sahibkarlıq subyektləri və vətəndaşlar üçün səmərəliliyini artırmaq məqsədilə Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında memorandum imzalandığı diqqətə çatdırılıb.

Cavad Qasımov iki qurumun birgə fəaliyyət mexanizmininin yaradılmasının artıq başa çatdırıldığını bildirib, bu istiqamətdə sahibkarların rəy və təkliflərinin öyrənilməsinin də ümumi işə fayda verəcəyini diqqətə çatdırıb. İdarə rəisi onu da vurğulayıb ki, tətbiq ediləcək yeni qaydalar həm sərhədkeçmə, həm də gömrük rəsmiləşdirilməsi proseslərinin daha asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaradacaq. Sonra Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri yeni qaydalar barədə sahibkarları məlumatlandırıb, onların suallarına ətraflı cavab veriblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/244436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR