Play Store

“Putin hakimiyyətdə olduğu müddətdə...” – Üç DƏHŞƏTLİ SİQNAL

“Putin hakimiyyətdə olduğu müddətdə...” – Üç DƏHŞƏTLİ SİQNAL
19:33 14 İyun 2018
48 Digər
Ölkə mətbuatı
A- A+

“Rusiya prezidenti Vladimir Putinin Avstriya telekanalına müsahibəsində səsləndirdiyi son bəyanatlarından üç arzuolunmaz nəticə çıxarmaq olar: onun üçün Ukrayna xalqı, Ukrayna dövləti və Ukraynada qanuni hakimiyyət mövcud deyil”.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə müsahibəsində ABŞ-da siyasi emiqrasiyada olan Rusiya müxalifətçisi Andrey Piontkovski bildirib.

Vladimir Putinin bəyanatlarından üç arzuolunmaz nəticə çıxarmaq olar. Birincisi, Ukrayna xalqı yoxdur, biz vahid xalqıq. İkincisi, heç bir Ukrayna dövləti yoxdur, biz onun dövlət quruluşunu məhv etməyə hazır olacağıq. Üçüncüsü, biz prezident Poroşenkonun qanunauyğunluğunu sual altına qoyuruq. Budur, üç əsas siqnal. Onlar göstərir ki, Putinin Ukraynaya nifrəti hər şeyi unutduran hissdir və “Moskva Donbasda hansısa ciddi məzmunlu güzəştlərə, məsələn, Rusiya sərhədlərinə qədər bütün işğal edilmiş ərazidə sülhməramlıların yerləşdirilməsinə razıdırmı” sualına cavab verir. Cavab: Putin hakimiyyətdə olduğu müddətdə Ukrayna istiqamətində, xüsusən Donbasda heç bir, hətta simvolik güzəşt olmayacaq”, - o deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/244434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR