İran millisinin üzvləri rus qadınlarını geridə qoydu - Paylaşım rekordu qıran FOTOLAR

İran millisinin üzvləri rus qadınlarını geridə qoydu - Paylaşım rekordu qıran FOTOLAR
19:34 14 iyn 2018
115 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə dəqiqədən sonra rəsmi şəkildə açıq elan ediləcək Dünya Çempionatında maraqlı hadisələr özünü gecikdirmir.

Publika.az xəbər verir ki, mundiala hazırlıqlar və komandalar artıq maraqlı hadisələrlə yadda qalmağa başlayıb.

Belə ki, futbol üzrə İran milli komandasının üzvləri birlikdə klassik geyimdə foto-çəkiliş edib. Dünya Çempionatına hazırlıq mərhələsində çəkilmiş fotolar İngiltərə mətbuatında geniş yayılıb. Səbəb isə iranlı futbolçulara sosial şəbəkələrdə göstərilən maraq olub. Əsasən, qızlar tərəfindən paylaşılan fotolarda iranlı futbolçular yaraşıqlı və cazibədar görünüşləri ilə bəyənilib.

Qeyd edək ki, Dünya Çempionatına hazırlıq çərçivəsində Rusiyanın rəsmi dairələrini narahat edən əsas məsələlərdən biri ölkəyə gələn turistlərin rus qadınları ilə münasibət qurmaq məsələləri olub. Dünyanın ən cazibədar və gözəl qadınlarından hesab olunan Rusiya qadınlarına əcnəbilərlə özəl münasibət qurmamaq xəbərdarlıqları edib. Dünya Çempionatını izləməyə gələn azarkeşlərin əksəriyyəti həm də rusiyalı qadınlarla tanış olmaq üçün məhz bu ölkəyə gedəcəklərini bildiriblər.

Zümrüd


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR