Donald Tramp ABŞ-ın ən qəddar prezidentidir - Həsən Ruhani

İran prezidenti Həsən Ruhani Donald Trampı Amerika Birləşmiş Ştatlarının ən qəddar prezidenti adlandırıb.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, 1979-cu ildə İslam inqilabı baş verəndən sonra bir sıra Amerika prezidentləri İrana qarşı düşmən və qərəzli münasibətdə olub. Lakin Tramp kimi qəddar prezident ilk dəfədir ki, ABŞ-a rəhbərlik edir.

Ruhani bəyan edib ki, Vaşinqtonun Tehrana qarşı planlarından İranın xəbəri var. Yəni, İslam Respublikası Birləşmiş Ştatlara qarşı adekvat cavablar hazırlayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR