Ərdoğan Putinə S-500 raketlərinin birgə istehsalını təklif edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib.

Metbuat.az-ın məlumatına görə, O, TV 24 kanalına müsahibəsində qeyd edib ki, Rusiya S-400-lər üzrə əlverişli kredit şərtləri təqdim edib. “S-500-lərlə bağlı isə birlikdə istehsal təklifi irəli sürmüşəm” – deyən Ərdoğan həmçinin, Rusiyadan zenit-raket komplekslərinin tədarükünə görə, ABŞ və NATO-nun tənqidləri haqda danışıb.

“Yunanıstan da S-300-lər əldə edir, lakin bu ölkəylə bağlı susurlar. Niyə? Amma Türkiyəyə qarşı belə bir siyasət aparılır. Bu anlaşılmazdır. Biz müdafiə sənayemizin inkişafını davam etdirəcəyik”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR