Play Store

Meşədə narkotik bitkilər yetişdirənlər saxlanılıb - FOTO

Meşədə narkotik bitkilər yetişdirənlər saxlanılıb - FOTO
22:27 14 İyun 2018
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda meşə sahəsində narkotik bitkilərin qanunsuz əkilməsi və yetişdirilməsi ilə məşğul olan şəxslər tutulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 8-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər sakinləri, 1962-ci il təvəllüdlü Atakişiyev Rafael Söyün oğlu və həmyaşıdı Mustafayev Bağdı Qubad oğlu tərəfindən rayonun Qolqəti və Dəhnəxəlil kəndləri arasındakı meşə sahəsindən keçən şirə kanalının kənarında xüsusi aqrotexniki qaydada əkib-becərilən çətənə kolları aşkar edilib.

Polis əməkdaşları əraziyə baxış keçirən zaman oradan uzunluğu 30 sm-dən 1.90 sm-dək, çəkisi 2 kiloqram 865 qram olan 24 ədəd çətənə kolu götürüblər.

Hər iki şəxs əməli barəsində Ağdaş rayon Polis Şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/660040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR