Erməni nazir Brüsselə gedir, Qarabağla bağlı önəmli görüş olacaq

Erməni nazir Brüsselə gedir, Qarabağla bağlı önəmli görüş olacaq
22:27 14 iyn 2018
105 Dünya
Ölkə mətbuatı
A- A+

İyunun 21-i Brüsseldə Avropa İttifaqı - Ermənistan Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, iclasa Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan sədrlik edəcək.

Əməkdaşlıq Şurası Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Ermənistan münasibət və fəaliyyətini nəzərdən keçirəcək.

Ali Komissar Federika Mogerini və nazir Zohrab Mnatsakanyan siyasi məsələləri müzakirə edəcək. Bura siyasi dialoq və islahatlar, demokratiya, qanunun aliliyi, KİV-in azadlığı və insan haqları məsələlər daxildir.

Tərəflər, həmçinin Dağlıq Qarabağ münaqişəsi, həmçinin Suriya və İran kimi regional məsələləri müzakirə də bilər.

Milli.Az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR