Play Store

FHN-də ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı ilə görüş

FHN-də ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı ilə görüş
23:18 14 İyun 2018
71 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində iyunun 14-də ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

FHN-nin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə nazirliyin fəaliyyət istiqamətləri və iş prinsipləri, strukturu və qurumları haqqında, həmçinin ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. FHN-in beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq qurumları ilə yüksəksəviyyəli əməkdaşlıq etdiyini vurğulayan nazir müavini dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə təbii fəlakətlərlə üzləşmiş bir çox ölkələrə, o cümlədən Rusiya, Türkiyə və İsrailə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hərtərəfli kömək göstərildiyini, bəzi ölkələrə isə humanitar yardımlar çatdırıldığını bildirib.

Sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən filmi izləyiblər. Görüşdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Adil Abdullayev qonaqlara Mərkəzin fəaliyyəti barədə məlumat verib.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/244455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR