Play Store

Azərbaycanda 24 yaşlı qızın boğazını niyə kəsdilər? - DƏHŞƏTLİ SEVGİ DRAMI

Azərbaycanda 24 yaşlı qızın boğazını niyə kəsdilər? - DƏHŞƏTLİ SEVGİ DRAMI
16:29 24 İyun 2018
123 Digər
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunun Muğan qəsəbəsində törədilmiş dəhşəti qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb. Lent.az xəbər verir ki, 1994-cü il təvəllüdlü İsmayılzadə Ayəddin Elman oğlu qətlə yetirdiyi xalası qızı – 24 yaşlı Məlikli Rəvanə Məlikağa qızı ilə nişanlanmağa hazırlaşırmış.

 

 

İlkin araşdırmaar zamanı məlum olub ki, A.İsmayılzadənin böyük qardaşı Rəvanənin bacısı ilə ailə həyatı qurub. Bu yaxınlarda isə o, gəlinlərinin bacısı, yəni xalasının kiçik qızı ilə nişanlanacaqmış. Rəvanə ilə Ayəddin arasında sevgi münasibətinin olduğu bir çoxlarına məlum imiş.

 

 

Xalasını qızının boğazını kəsdikdən sonra bıçağı onun sinəsinə sancaraq polis şöbəsinə gedən gənc oğlan qətli qısqanclıq zəminində törətdiyini deyib. Lakin o, şok vəziyyətində olduğundan məntiqli və konkret səbəb göstərə bilməyib.

 

 

O da məlum olub ki, sevgilisi olan xalası oğlu trəfindən öldürülən 24 yaşlı Rəvanə dindar imiş və bu yaxınlarda İranda Məşhəd ziyarətində olub.

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/304197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR