Play Store

"Youtube" kanalından pul qazanmaq üçün YENİLİK

Dünyanın ən məşhur video paylaşım platforması "Youtube"dan yenilik var.

Metbuat.az "TRT Haber.com"a istinadən xəbər verir ki, "Youtube" ilk olaraq ABŞ-da başlatdığı tətbiq ilə 100 mindən çox abunəçisi olan kanalların pullu sistemə keçməsini təmin edib. Kanalı izləmək istəyənlər ayda 4.99 dollar ödəyərək abunəlilik sistemini aktivləşdirə biləcəklər.

"Youtuber"lərin bu funksiyadan istifadə etməsi üçün 100 min abunəyə sahib olmaları, 18 yaşından böyük olması və "Youtube iş ortağı" proqramına üzv olması vacibdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR