Play Store

Silahlı Qüvvələrin 100 illik yubileyi ilə bağlı film nümayiş olunub - FOTOLAR

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Nizami Kino Mərkəzinin birgə təşkilatşılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Milli Qəhrəman İlqar İsmayılov haqqında çəkilmiş filmin nümayişi keçirilib.

Bakı şəhər Mədəniyyət Baş İdarəsindən Metbuat.az-a verilən məlumata görə, əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Qəhrəman İ.İsmayılovun həyatı və döyüş yolundan bəhs edən rejissor Günel Aqilin “Ən yüksək zirvə” adlı filmi nümayiş olunub.

Dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycan əsgərinin igidliyini, mərdliyini, vətənsevərliyini əks etdirən filmlərin nümayişi ölkəmizin qəhrəmanlıq tarixini təbliğ etmək məqsədi ilə keçirilir.

DİQQƏT: Qarpızda bu cür çatlar varsa - Onu YEMƏYİN! / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR