Play Store

Düyü dənəsindən belə kiçik olan - kompüter

Mart ayında İBM tərəfindən hazırlanan və dünyanın ən kiçik bilgisayarı olaraq qeyd olunan kompüterdən daha kiçiyi hazırlanıb.

Metbuat.az xəbər verir ki, bir düyü dənəsindən belə kiçik olan və yalnız 0.3 mm ölçüsündə olan bu kompüter Mighican Universitetindəki bir qrup araşdırmacı tərəfindən inkişaf etdirilib.

Hər nə qədər “kompüter” olaraq adlansa da normal kompüterin bütün əməliyyatlarını tək başına yerinə yetirə bilmir. Mövzu ilə bağlı açıqlama edən araşdırmaçı David Blaau bu kiçik texnologiyaya kompüter deyilib-deyilməməsi mövzusu ilə bağlı mübahisələr getdiyini açıqlayıb.

Micro Mote adını daşıyan bu kiçik cihazın içində hər hansı bir saxlama vahidi yoxdur. Bu da elektrik kəsildikdə görülən əməliyyatların silinməsi mənasına gəlir.

Bununla yanaşı istilik sensoru olaraq da istifadə edilə bilən dünyanın ən kiçik kompüteri məkan istiliyini də ölçə bilir.

Bu balaca kompüterin gələcək dövrlərdə səs və video dəstəyinə qovuşması, xərçəng işlərində də istifadə edilməsi gözlənilir.




https://metbuat.az/news/977764/turk-model-neymar-i...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR