"Xiomi" bu modeli ilə rekord satış etdi

"Xiaomi"nin yeni telefon modeli "Mi 8" bir neçə gün içərisində 1 milyondan artıq satılıb.

Metbuat.az "A Haber"a istinadən xəbər verir ki, mayın 31-də təqdim edilən və iyunun 5-də satışa çıxarılan Xiomi M 8 bu uğuru ilə rekord qırıb. Bu barədə şirkətin qlobal sözçüsü "Twitter" hesabından məlumat paylaşıb.

Yeni model telefonun batareya dəyəri 3 min 400 mAh, ekranı 6.21 düymə ilə 1080 x 2248 piksel keyfiyyət daşıyır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR