Play Store

Hindistan Ayda helium-3 hasilatına görə lider olmaq niyyətindədir

Hindistan Ayda geniş yayılan və Yer üçün perspektivli enerji mənbəyi ola biləcək helium-3 izotopunun hasilatına görə lider olmaq niyyətindədir.

Metbuat.az xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatının rəhbəri doktor Kaylasavadivu Sivan oktyabr ayında Aya göndəriləcək missiyasının əsas məqsədinin yerin peykində su və helium-3 izotopunun axtarışı olacağını bildirib. Onun fikrincə, Hindistanın gələcək Ay missiyası Yerin peykinə, Marsa və daha uzaqlara kommersiya və hərbi məqsədlər yarışında iştirak edən dövlətlər və kompaniyalar arasında ölkəsinin mövqeyini gücləndirəcək.

Hindistan oktyabr ayında heyətinə Ayın cənub qütbü rayonuna kiçik hərəkət qurğusu ilə birgə orbital modul və eniş modulu daxil olan “Çandrayan-2” avtomatik ekspedisiyasını göndərməyi planlaşdırır. Kosmik Tədqiqatlar Təşkilatı keçmişdə müxtəlif dövlətlər tərəfindən təşkil olunan bütün Ay missiyalarının göy cisminin ekvatoru regionunu tədqiq etdiyini və hələlik onun qütblərinin ciddi şəkildə tədqiq olunmadığını xatırladıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR