İnstaqramdan istifadəçilərinə daha bir YENİLİK

Foto və video paylaşım şəbəkəsi İnstaqramdan yenilik var.

Metbuat.az "TRT Haber"ə istinadla bildirir ki, yeniliyə görə "Hekayə" bölməsinə musiqi əlavə etmək olacaq. Həmçinin iOS istifadəçiləri yeni video və ya foto çəkərkən "Boomerang", "Superzoom" kimi kamera formatlarına əlavə olaraq musiqi formatı da istifadə edə biləcək.

İnstaqram istifadəçiləri musiqi əlavə olunmuş "Hekayə" izlədiyində musiqi avtomatik başlayacaq, musiqinin və sənətçinin adı görünəcək.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR