Play Store

Bakıda metroda sərnişinlər arasında DAVA - Metro rəsmisindən AÇIQLAMA

Bu gün səhər 08:40 radələrində metronun “Koroğlu” stansiyasında sərnişinlər arasında qalmaqal yaşanıb.

Qadının yer olmayan vaqona minmək cəhdi cavan bir oğlanın etirazına səbəb olub. Hadisə şahidləri bildirirlər ki, dava zamanı oğlan qadına əl qaldırmaq istəyib.

Metroda yaşanan anlaşılmazlıqla bağlı Metbuat.az-a açıqlama verən Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, baş verən hadisə ilə bağlı heç bir metro işçisinə şikayət edilməyib:

“Metroda belə hadisələr olur. İnzibati xətalar məcəlləsinə görə, bu cür hallarla bağlı müəyyən tədbirlər görülə bilər. Lakin bunun metropolitenlə əlaqəsi yoxdur. Bu işə hüquq mühafizə orqanları baxır. Sərnişinlər metronun qapısı ağzında dalaşıb, bununla bağlı heç kimə məlumat verməyiblərsə, onu nəzarətdə saxlamaq çətin məsələdir. Bilirsiniz ki, qatarın qapısını saxlamağa görə cərimələr var. Lakin onu nəzarətdə saxlamaq mümkün olmur. Qatar stansiyada 30 saniyə, maksimum 1 dəqiqə dayanır. Bu məsələləri tənzimləmək üçün İnzibati Xətalar Məcəlləsində maddələr nəzərdə tutulub. Onunla bağlı hüquq mühafizə orqanlarına müraciət edilməlidir. Hadisə ilə bağlı metro işçisinə, polisə məlumat verilsəydi, dərhal reaksiya verilərdi”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Tıxacda qalan sürücülər, DİQQƏT - Bunlara əməl edin ki... – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR