İsti havada bu işlərin görülməsi DAYANDIRILMALIDIR - Açıqlama

Havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Bu barədə Əmək Məcəlləsinin 233-cü maddəsində qeyd olunur.

İsti havada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının işləri necə tənzimlənir?

Bununla bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, isti hava ilə əlaqədar olaraq, bu proses nəzarətdədir:

“İstər Respublikanın rayonlarında, istərsə də Bakı şəhərində yol infrastrukturunun yenidən qurulması ilə bağlı işlər aparılır. Xüsusən də, Aran rayonlarında, bu, özünü daha qabarıq biruzə verir. Həmin rayonlarda temperatur 41 dərəcəni keçirsə, işlər gündüz saatlarında dayandırılır. İşlərə erkən saatlarda başlanılır. Saat 11:00-dan 16:00-a kimi fasilə verilir, sonra yenidən işlər davam etdirilir.Regionlarla yanaşı Bakı şəhərində də bu işlər nəzarətdədir. Temperatur 41 dərədəcəni keçdikdən sonra, xüsusilə asfaltla birbaşa təmasda olan işçilərə fasilə verilir. Digər vaxtlarda isə növbəli şəkildə işlər aparılır. İşçilər daim baş geyimi, sərin su ilə təmin olunurlar.

Bilirsiniz ki, bizim birbaşa asfaltdaşıyan, asfaltdöşəyən maşın mexanizmlərimiz də işləyir. Düzdür, maşını işlədən işçilərimiz kobində otururlar, orada kondisioner olur. Yəni, onlar tam olaraq günəş altında işləmədiyindən, maşın mexanizmdə çalışan işçilər üçün heç bir problem yoxdur. Amma günəş altında işləyən üçün fasilələr verilir”.

Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməlidir. Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda işıqla bağlı SON VƏZİYYƏT - RƏSMİ AÇIQLAMA! – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR