Dənizkənarı bağ evlərinin qiyməti BAHALAŞDI - Ayı 8 min manat

Havanın temperaturu yüksəldikcə paytaxtın mərkəzində yaşayan insanlar dincəlmək üçün dənizkənarı bağ evlərinə üz tuturlar.

İnsanlar bir necə ay bu evləri icarəyə götürərək orada qalırlar. Yay fəslində bu evlərə tələb artdıqca, təbii ki, qiymətlər də dəyişir. Ekspertlər bildirirlər ki, qiymətlər hər il yay fəslində 2 dəfədən çox bahalaşır.

“Dənizkənarı evlərin bahalaşması mövsüm başlayan aylardan müşahidə olunur”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.

Onun sözlərinə görə, bu, daha çox qış mövsümündə tamamilə boş qalan fərdi yaşayış evlərində qeydə alınır:

“Qış mövsümündə bir aylıq icarəsi 300-500 manat arasında dəyişən bağ evlərinin qiyməti yay mövsümündə 2 dəfədən çox bahalaşır. Bəzi ərazilərdə bu qiymətlər daha böyük rəqəmlərlə də ifadə olunur. Elə bağ evləri var ki, onların bir aylıq kirayəsi 2000-5000 arasında dəyişir. Bu, obyektin ölçüsündən, yerləşdiyi ərazidən, dənizə yaxınlığından asılı olaraq dəyişir. Bu qiymət dəyişmələri təqribən avqust ayının ortalarına qədər davam edir. Sonra qiymətlərin yenidən azalması müşahidə olunur.

Maksimum qiymətlər ayılıq 7000-8000 arasında dəyişir. Bu, daha çox bir neçə ailənin məskunlaşacağı bağ evlərində qeydə alınır. Bütövlükdə, dənizə yaxın ərazilərdə qiymət artımı müşahidə olunur. Eyni zamanda, inzibati ərzi baxımından şəhərə gediş-gəlişi yaxın olan evlər də seçim edilərkən nəzərə alınır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Anomal istilər sabah da davam edəcək - Proqnoz açıqlandı – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR