Play Store

Metbuat.az-ın daha bir UĞURU - Problem həll olundu!

Göyçayın Qarabaqqal kəndinə 10 gündür qaz verilmir.

Bunu Metbuat.az-a müraciət edən kənd sakini Həcər Rəsulova bildirib. Onun sözlərinə görə, artıq 10 gündür yaşadıqları kəndin Çöpçülü küçəsinə qaz gəlmir. Onlar məsələ ilə bağlı aiddiyyatı qurumlara müraciət etsələr də, problemin həllini tapmadığını qeyd ediblər.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, problemlə bağlı ötən gün qeyd olunan ünvana əməkdaşlar göndərilib:

“Sözügedən ünvana əməkdaşlarımız baxdılar. Həmin ərazidə qaz təchizatı hazırda var, amma zəiflik müşahidə olunur. Bunun səbəbi bir müddət öncə baş verən təbii fəlakət nəticəsində qaz xətlərinə dəyən ziyanla bağlıdır. Bu gün işlər yekunlaşandan sonra qazın verilişi tam şəkildə təmin olunacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

İsti havada bu işlərin görülməsi DAYANDIRILMALIDIR – Açıqlama – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR