Bu gün avtobuslar PULSUZ OLACAQ! - Sərnişinlərin NƏZƏRİNƏ

"BakuBus" avtobusları bu gün də pulsuz xidmət göstərir.

Bu barədə məlumatı Metbuat.az-a açıqlamasında BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Babayev bildirib.

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb.

Qurumdan bildirilib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalanacaq. Belə ki, verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakı-Sumqayıt elektrik qatarları cədvəl üzrə hərəkət edir – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR