"Qatarların hərəkətində gecikmələr qeydə alınır" - Azərbaycan Dəmir Yolları

"Bakıdan bölgələrə gedən və bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır".

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bu barədə Metbuat.az-a açıqlamasında bildirib.

"3 iyul 2018-ci ildə Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən qatarlarının hərəkətində gecikmələr qeydə alınıb.

Astara-Horadiz-Bakı sərnişin qatarı vaxtında, Böyük Kəsik-Bakı bir saat yarım gecikmə ilə artıq Bakı-sərnişin stansiyasına çatıb. Digər sərnişin qatarları gecikmələrlə Bakıya gəlməkdədir.

Bu gün Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları cədvəl üzrə hərəkət edir. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılır".

Xəyalə Məmmədova / METBUAT.AZ

İşıq problemi ilə bağlı TƏCİLİ... - “Azərişıq”dan AÇIQLAMA – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR