İçməli suların qiyməti BAHALAŞDI? - AÇIQLAMA

Ötən gün "Araz" Supermarketlər şəbəkəsinin su satışı şöbəsində qitmətlərin götürülməsi ilə bağlı sosial şəbəkədə fotolar paylaşılıb.

İstifadəçilər havaların isti keçməsi ilə bağlı suların qiymətinin suni olaraq bahalaşdığını iddia ediblər.

Məsələ ilə "Araz" Supermarketlər Şəbəkəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev Metbuat.az-a açıqlamasında bildirib ki, Araz Supermarketlər şəbəkəsində içməli suların qiymətlərində heç bir dəyişiklik yoxdur:

“Yaranan narahatçılığı nəzrə alaraq marketlərin iş saatlarında dəyişiklik olub və bəzi marketlərimiz gecə saatlarına kimi fəaliyyət göstərib.Araz Supermarketlər şəbəkəsində satılan içməli suların qiymətlərində heç bir dəyişiklik yoxdur. Biz buna təminat veririk. Əgər hər hansı bir müştərimizin bu məsələdə narahatçılığı varsa bizə aldığı suyun qəbzi ilə müraciət etsin və biz həftəlik mağaza satış qiymətlərini onlara təqdim edə bilərik. Ölkə ərazisində elektrik enerjisinin fasilələrlə verilməsi nəticəsində bəzi rayonların su ilə təminatda da problemlər yaşanıb. Su təminatı ilə yaşanan problemlər nəticəsində əhali su istehlakını mağazadan aldığı sularla təmin etməyə çalışıb. Bu zaman su satışı günlük normadan dəfələrlə çox olub. Buna görə də biz müştərilərimizin növbədə dayanmaması və rahat su alması üçün məhsulları vitrinlərə qutulardan birbaşa yerləşdirmək məcburiyyətində qaldıq. Bu zaman hər məhsulu öz qiymətinə uyğun düzə bilmədiyimizə görə bəzi marketlərimizdə vitrindəki su qiymətlərini götürdük. Qeyd edək ki, bz müştəri axınını tənzimləmək və bütün müştərilərin rahat alış-veriş etməsini təmin etməyə çalışmışıq. İnsanların narahatçılığlnı nəzrə alaraq marketlərin iş saatlarında dəyişiklik olub və bəzi marketlərimiz gecə saatlarına kimi fəaliyyət göstərib.

Məqsədimiz yaranan çətin vəziyyətdə müştərilərimizin yanında olmaq və onların məmnuniyyətini təmin etməkdir”.

Xəyalə Məmmədova / Metbuat.az

Bu avtobuslar da PULSUZDUR – SİYAHI – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR