"Whatsapp"dan MÖHTƏŞƏM YENİLİK - Artıq mesaj yazmaq üçün...

Məşhur mesajlaşma platforması olan "Whatsapp", "iPhone" istifadəçiləri üçün qrup söhbətlərini yeniləyib.

Metbuat.az xəbər verir ki, yeni funksiyaya görə sadəcə qrup idarəçiləri qrupa mesaj göndərə biləcəklər. İdarəçi olmayanlar isə mesajları oxuya biləcək və idarəçiyə "mesaj göndər" funksiyası ilə cavab verə biləcəklər.

İdarəçilər istədikləri zaman qrup söhbətinin mesaj və sənəd göndərmək hissəsini bağlaya bilərlər. Bu zaman qrupun üzvləri mesaj yaza bilməyəcəkləri ilə bağlı xəbərdarlıq alırlar. Qrupun üzvləri qrup səhifəsi üzərindən idarəçiyə mesaj ata bilərlər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR