Play Store

​Tanınmış ədiblər Əjdər Ol və Səlim Babullaoğlu Astanada

Tanınmış ədiblər - yazıçı, şair Əjdər Ol və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu 2-3 iyul tarixlərində Astanada keçirilən “Global Silk Road - Böyük İpək Yolu ölkələri merlərinin I forumu”nda iştirak ediblər.

Metbuat.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən forumun bir bölümü “İpək Yolu ölkələri ədəbiyyatları və mədəniyyətlər dünya kontekstində” mövzusuna həsr olunub. Həmin bölümdə azərbaycanlı ədiblərlə yanaşı, Qazaxıstandan Oljas Suleymennov, Qazaxıstan Yazıçılar Birliyinin sədri Esdaulet Uluqbəy, Murad Auezov, Qırğızıstan Yazıçılar Birliyinin sədri Akbar Rıskulov, Tatarıstan Yazıçılar Birliyinin sədri Daniil Salihov, Başqırdıstan Yazıçılar Birliyinin sədri Zəki Əlibəyov, Tacıkistan Yazıçılar İttifaqının sədr müavini Ato Mirxoca, Türkiyədən professor Orxan Söylməz, ABŞ-dan Kolumbiya Universiteti Global Classroomproject - Yer İnstitutunun regional direktoru Rafis Abazov, Qorqud İctimai Fondunun rəhbəri Dana Meirbekova da iştirak ediblər. Tədbirdə həm Əjdər Ol , həm də Səlim Babullaoğlu mövzu ilə bağlı geniş məruzə ediblər. Forum zamanı bir çox ikitərəfli görüşlər də keçirilib, Azərbaycan ədəbiyyatının Çin, Qazaxıstan və Tacikistanda mütəmadi nəşri imkanları ilə bağlı bir çox məsələlərin də müzakirələri baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.