Səlim Babullaoğlu və Əjdər Olla Daşkənddə görüş keçiriləcək


2-3 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq forumda iştirak edən tanınmış şairlər Səlim Babullaoğlu və Əjdər Ol daha bir maqalı görüşə dəvət alıblar.

Metbuat.az xəbər verir ki, iyulun 7-də Özbəkistanın paytaxtı Daşkənddə, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında şairlərlə görüş planlaşdırılıb.

Görüşü məşhur özbək jurnalisti və tərcüməçisi, Özbəkistanın www.ziyouz.com kimi böyük mədəniyyət portalının rəhbəri Davronbek Tojialiev təşkil edib.

Görüşdə Azərbaycan poeziyasını və bütövlükdə şeiri sevən özbək oxucular yanaşı, Özbəkistanın tanınmış şairləri və alimləri də iştirak edəcəklər. Artıq sayt bu haqda məlumat verib.

Şairlərimizin Səmərqənd və Buxaraya da səfər edəcəyi, müxtəlif ədəbiyyat tədbirlərinə qatılacaqları da gözlənilir.

Tahirə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR